Mingəçevirdə iki avtomobil toqquşub - Yaralılar var

 23:35 26.03.2020     2339

Mingəçevirdə yol qəzası baş verib. 

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektindən Xaldan şosesi istiqamətində qeydə alınıb.

“Mercedes” və “Nissan” markalı minik maşınları toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri şəkinin üzərinə çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1980-ci il təvəllüdlü Əliyev Elman Azər oğlu xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.