Bakıda qırmızı işığı gözləməyən “Prado” qəzaya səbəb oldu

 06:23 27.03.2020     6163

Nizami rayonunda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.  

Redaktor.az xəbər verir ki, hadisə Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində baş verib.  

İlkin məlumata görə, Qara Qarayev prospektilə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil işıqforun qırmızı işığından keçərək yoluna davam edib.  

Bu zaman nəqliyyat vasitəsi qarşıdan gələrək işıqforun yaşıl işığında hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Toyota” yol-hərəkət nişanını qıraraq səkiyə çıxıb.  

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin, DYP və əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb edilib.  

Avtotexniki ekspertiza təyin edilib. Yolda sıxlığın qarşısını almaq məqsədilə polis əməkdaşları tənzimləmə işləri aparıb.  

Hadisənin təfərrüatı araşdırılır. //Oxu.az

2222222