Ağsuda dezinfeksiya tədbirləri həyata keçirilib

 08:45 27.03.2020     525

COVID-19 infeksiyasının qarşısının vaxtında alınması məqsədilə Ağsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər aparılıb.

Redaktor.az xəbər verir ki, coxmənzilli yaşayış binalarında və parklarda dezinfeksiya tədbirləri həyata keçirilib.

Bundan əlavə, 16 kənd icra nümayəndəlyinin inzibati binasında və bir sıra poçt filiallarında dezinfeksiya işləri görülüb. Rayon ərazisindəki parklar, yollar, məktəb binaları, iaşə obyektləri, yaşayış binaları dezinfeksiya olunub.

Sakinlər onların təhlükəsizliyi baxımından görülən işlərdən razılıqlarını bildiriblər. Dezinfeksya işləri Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək. //Report