Bakıda "Mercedes" və "Hyundai" yanıb

 09:15 27.03.2020     710

Bakı şəhərinin Binəqədi rayonunda “Mercedes” və Pirallahı rayonunda “Hyundai” markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.