Koronavirus

Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu...

 10:05 27.03.2020     757

Bir neçə gün əvvəl Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda  Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arasında xüsusi ekspress avtobus xətlərinin fəaliyyəti barədə qərar qəbul edilib.

Redaktor.az-ın məlumatına görə, qərardan sonra martın 23-də Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, M1 və M2 ekspress marşrut avtobusları 06:00-22:00 arası fəaliyyət göstərəcək.

Ekspress xətlər üzrə avtobuslar yalnız metrostansiyaların çıxışlarında dayanacaq.

Amma Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan 7a nömrəli avtobus buna əməl etmir. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Əhmədli” metro stansiyası istiqamətində hərəkət edən avtobusda sərnişinlərin sıxlığı müşahidə olunub. //Oxu.az