Azərbaycanda koronavirusa yoluxanlar bu cihazla aşkarlanır - FOTO

Dünyanın bütün ölkələrində yayılan koronavirus epidemiyasının yoxlanması və ilkin mərhələdə aşkar edilməsi çox vacibdir. Hökumətlərin yalnız karantin tədbirlərini görməsi və sosial fəaliyyəti məhdudlaşdırması ilə yanaşı, həm də Covid-19 üçün testlərin mövcudluğunu artırması da zəruri hesab edilir.
Azərbaycanda Covid-19 testləri ilə bağlı durum necədir?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən tibbi ekspert Adil Qeybulla bunları deyib:
“Koronavirusun təyini kart testlər vasitəsilə həyata keçirilir. Bu tam dəqiq olmasa da, ilkin müayinə kimi koronavirusun diaqnostikasında birinci addım sayılır. Əgər kart hansısa müsbət şübhəli məqamı əks etdirərsə, polimeral zəncirvari reaksiya deyilən bir müayinəyə göndərilir və virus orda identifikasiya olunur, diaqnoz qoyulur. Bu kart testlər ölkəyə xaricdən gətirilir və artıq çox sayda sifariş olunub. Ümumiyyətlə, bütün karantində olanlar, virus şübhəliləri,müraciət edən şəxslər ilk olaraq bu testlər vasitəsilə yoxlanılır. Hələlik bununla bağlı kütləvilik olmasa da, yəqin ki, apreldə tam kütləvi xarakter alacaq”.
Sevda Ulutau / Redaktor.az
