Oğuzda qəza - Xəsarət alanlar var

 14:24 27.03.2020     2215

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az bildirir ki, hadisə günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki yolunun rayonun Bucaq kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, "Changan" və "UAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan birinə hadisə yerində tibbi yardım göstərilib, digər şəxs isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. // Report