Operativ Qərargah: Karantində 3 485 nəfər var

 19:15 27.03.2020     269

Azərbaycanda infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3 485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.