Səhər saat 6-dan vətəndaşların küçəyə çıxması qadağan edilib? - AÇIQLAMA

 21:25 27.03.2020     3389

Sabah səhər saat 06:00-dan etibarən avtomobillərin (xidməti təcili yardım, FHN, hərbi ərzaq daşıyan avtomobillər istisna olmaqla) və vətəndaşların küçələrdə hərəkətinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Redaktor.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib. 

"Yayılan məlumatlar yalandır. Həqiqəti əks etdirmir", deyə Elşad Hacıyev əlavə edib.

Sevda Ulutau / Redaktor.az

2