Sahil Babayevə müavin təyin edildi

 15:56 02.04.2020     1366

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Hidayət Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müavini təyin edilib. 

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyib.