Karantin rejimini pozan iki nəfər həbs edildi, 31 nəfər cərimələndi

 18:29 04.04.2020     5271

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 Redaktor.az-ın məlumata görə, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejimi qaydalarını pozan şəxslərə rast gəlinib. 

Belə ki, rejim qaydalarını pozaraq, heç bir zərurət olmadan çöldə gəzən iki Qax rayon sakini - Xəyal Rəsulov və Rəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiklərinə görə saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.

Həmçinin, rayon ərazisində xüsusi karantin rejimi qaydalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. //Oxu.az

22