Taksi sürücüsü Fəzail Ağamalını belə qarət edib... - AÇIQLAMA / VİDEO

 18:10 05.04.2020     1351

Bu gün yerli mediada millət vəkili Fəzail Ağamalının taksi sürücüsü tərəfindən soyğunçuluğa məruz qaldığı haqda xəbər yayılıb. 

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili bildirdi ki, hadisə bir il öncə İstanbul şəhərində baş verib:

“Bu hadisə 2019-cu ilin iyul ayında, mən qızım və nəvələrimlə birlikdə İstanbulda olanda baş verib. Hadisədən sonra biz polisə müraciət etdik. Taksi sürücüsü müəyyən olundu, polis şöbəsinə gətirildi və əməlini etiraf etdi. O, götürdüyü pulu da geri qaytardı. Hadisənin üstündən təxminən bir il keçib, mən hazırda Bakıdayam”.

Sevda Ulutau / Redaktor.az