Lerikdə məktəbli qız müəllimdən hamilə qalıb - CİNAYƏT İŞİ AÇILDI

 18:59 06.04.2020     755

Lerik rayon Kirəvud kənd sakini, 2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdinin 1961-ci il təvəllüdlü Kirəvud orta məktəbinin rus dili müəllimindən 5 aylıq hamilə olması haqda məlumat yayılıb. Qız  hələ 7-ci sinifdə oxuyandan müəllimin ona göz qoyduğu, sinifdə şagirdlərin gözü qarşısında dəfələrlə seksual hərəkətlərinə məruz qaldığı barədə iddialar irəli sürülüb. Sinifdə baş verən xoşagəlməz hadisələr haqda şagirdlərin bəziləri evdə valideynlərinə məlumat verib. Bundan əlavə, məktəb rəhbərliyinin məlumatlandırımasına baxmayaraq, o, müxtəlif bəhanələrlə bu hadisəni ört-basdır edib. 

Redaktor.az məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq:

“Məndə belə bir məlumat yoxdur”, - deyə Cəsarət Valehov bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə hadisənin 5-6 ay əvvəl baş verdiyini qeyd edib:

“Bu məsələ ilə bağlı cinayət işi qaldırılıb. Hazırda istintaq aparılır. Şübhəli şəxsin həbsi ilə bağlı qərar, ekspertiza və həkim rəyi məlum olduqdan sonra veriləcək”.