Kürdəmirdə yaşayış evi yanıb - FHN

 14:03 07.04.2020     1027

Kürdəmirdə yanğın hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Kürdəmir rayonunun Qaramahmudlu kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.