Bakıda mağazadan oğurluq anı kameraya düşdü - VİDEO

 14:27 07.04.2020     1262

Bakıda mağazada oğurluq edən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospektilə Qafqaz küçəsinin kəsişməsində yerləşən mağazada qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının operativ tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhəri Nərimanov rayon sakini, 1998-ci il təvəllüdlü E.Qədirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır //Report