Aprelin 20-dən sonra karantin müddəti uzadıla bilər - AÇIQLAMA

 16:22 07.04.2020     2137

"Azərbaycanda koronavirusa yoluxma hallarının passivləşmə müddəti 15 gün olaraq proqnozlaşdırılır".

Redaktor.az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib ki, bu, situasiyadan asılı olaraq dəyişə bilər:

"Xəstəliyin yayılma müddəti 15 gün olaraq proqnozlaşdırılıb. Aprelin 20-nə qədər karantin tətbiq olunub. Amma bu tarixdən sonrakı epidemioloji vəziyyət uzadıla və ya yüngülləşdirilə bilər. Bu, situasiyadan, insanların karantin qaydalarına nə dərəcədə əməl etməsindən, ən əsası sosial izoliyasiya tədbirləri və gigyenik qaydalara nə dərəcədə əməl edilməsindən asılıdır".

Tibbi ekspert həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə isə COVID-19 epidemiyasının zəifləməsini mayda müşahidə etmək mümkün ola bilər. 

Sevda Ulutau / Redaktor.az