Tovuzda 64 yaşlı kişi göbələkdən zəhərlənib

 21:10 07.04.2020     591

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kədində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Qasımov Arif zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Qasımov göbələkdən zəhərlənib. //APA