Bakıda yol qəzası olub, xəsarət alan var - FOTO

 09:36 08.04.2020     803

Bakıda yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirərək yolun kənarında hərəkətsiz halda dayanan "Priora" markalı avtomobilə çırpılıb.

Qəza zamanı "Mercedes"in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır. //APA

2