TƏBİB koronavirusun qanla yoluxması məsələsinə aydınlıq gətirdi

 10:48 08.04.2020     719

"Koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur".

Redaktor.az xəbərinə görə, TƏBİB qeyd edib ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib: "Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib. Qan bankında ən son tövsiyələrə diqqət yetirilərək qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir".