Bakı polisi bir gündə 26 cinayətin üstünü açıb

 10:55 08.04.2020     599

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də 26 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Redaktor.az-a verilən məlumata görə, onlardan 6-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Silah və döyüş sursatı üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 3 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.