Bakıda “Köhnə Hamam” deyilən tikilidə kişi meyiti tapılıb

 10:59 08.04.2020     941

Bakıda kişi meyiti tapılıb.

Redaktor.az-ıın məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə Hamam” deyilən tikilinin içində kişi meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonovdur.

Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib. //APA