Bakıda avtomobildən 7300 dollar oğurlanıb

 11:48 08.04.2020     273

Bakıda avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisində “BMW” markalı avtomobildən 7300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Mehrəliyev və K.Qurbanov saxlanılıblarlar.

Faktla bağlı araşdırma aparılır.