Kirayədə yaşayanlar mütləq oxusun! - Karantin rejimi bitənə qədər...

 12:24 08.04.2020     1286

"Epidemiyanın yaratdığı vəziyyət daşınmaz əmlak bazarına, evlərin qiymətinə o qədər də təsir göstərməyib. Çünki alqı-satqı demək olar ki, yox səviyyəsindədir. Amma kirayə mənzil bazarına ciddi təsir göstərib. Müşahidələrimizə görə, təxminən 10-15 faiz mənzillərdə boşalma var".

Bunu Redaktor.az-a açıqlamsında əmlak eksperti Ramil Qasımzadə deyib. O bilidirib ki, epidemiya kirayə mənzillərin boşalması ilə yanaşı, qiymətlərin də düşməsinə səbəb olub:

"Kirayə mənzillərdə qalan bir çox vətəndaş bayram ərəfəsində qeydiyyatda olduğu rayonlara gedib. Daha  sonra vəziyyətlə əlaqədar geri qayıda bilməyiblər. Bu səbəbdən mənzillərin bir çoxu boşdur. Bəzi kirayənişinlər artıq mənzilləri geri qaytarıblar, bəziləri isə gözləmə mövqeyindədirlər. Boşalma ilə əlaqədər qiymətlərdə enmə də müşahidə olunur".

Fərdi yaşayış evlərinin sənədləşdirilməsi əmlak bazarını canlandıracaq

Ekspert qeyd edib ki, kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsi uzunmüddətli olmayacaq:

"Enmə təxminən 15-20 faiz civarındadır. O qədər də böyük rəqəm deyil. Amma bunun müvəqqəti olduğunu düşünürəm. Pandemiya aradan qalxdıqdan, əmək fəaliyyəti bərpa olunduqdan sonra qiymətlər əvvəlki vəziyyətinə dönəcək. Çünki anidən yenidən tələb yüksələcək. Tələb yüksəldikdən sonra isə qiymətlər qalxmağa başlayacaq. Bu da onunla əlaqədardır ki, kirayə mənzillərə, evlərə tələb həddindən artıq çoxdur. Hətta vəziyyət normallaşdıqdan sonra qiymətlərdə artımın olması da gözləniləndir. Ola bilər ki, pandemiya aradan qalxdıqdan sonra kirayə mənzil qiymətlərində artım da müşahidə olunsun".

Sevda Ulutau / Redaktor.az