Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb

 13:35 08.04.2020     1515

Xaçmaz rayonunda yaşayış evi yanıb.

Redaktor.az-ın verdiyi məlumata görə, hadisə rayonun Nərəcan kəndində qeydə alınıb.

Kənd sakini İslam Musayevə məxsus ikimərtəbəli evdə başlayan yanğını söndürmək üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır. //APA