Bakıda bu marketdə ərzaqlar pulsuz verilir - FOTOLAR

 15:45 08.04.2020     1763

Koronavirus epidemiyasının yayıldığı bu günləri dünya miqyasında xeyirxahlıq və mərhəmətin imtahanı kimi də dəyərləndirmək olar. İndi sosial şəbəkələrdə müxtəlif ölkələrdə yoxsullar üçün yardım kampaniyalarına tez-tez rast gəlirik. Sevindirici haldır ki, belə xeyirxah əməl sahibləri Azərbaycanda da kifayət qədərdir.

Redaktor.az-ın məlumatına görə, bir sıra sahibkarlar və ticarət mərkəzləri bu baxımdan olduqca xeyirxah kampaniyaya start verib. "Ehtiyacın varsa götür, imkanın varsa əlavə et” devizi ilə başladılan aksiya sosial şəbəkələrdə də müzakirələrə və ictimai dəstəyə səbəb olub.

Həmin aksiyadan olan fotoları təqdim edirik: //Sfera.az