ƏFV SƏRƏNCAMI: Prezident üçün bütün vətəndaşlar xüsusi əhəmiyyətlidir - MİLLƏT VƏKİLLƏRİ

 17:22 08.04.2020     1726

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncam dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. 

İmzalanan əfv sərəncamı ilə bağlı millət vəkilləri Redaktor.az-a danışıblar. 

Fazil Mustafa: "Ölkə prezidenti tərəfindən imzalanan əfv sərəncamı ilə 176 nəfər azadlığa qovuşub. Bu, bir çox ailələrə belə sıxıntılı günlərdə sevinc bəxş edilməsi baxımından diqqətəlayiqdir. Düşünürəm ki, belə əfv sərəncamının önümüzdəki aylarda da davam etməsi faydalı olardı. İslah olunması mümkün olan insanları müəyyənləşdirmək elə də çətin deyil. Xüsusi komissiya bu istiqamətdə qısa müddətdə lazımi sənədləri tərtib edə bilər. Məhkəmə-hüquq islahatları ilə bağlı dəfələrlə ölkə prezidenti  tövsiyə edib ki, mümkün qədər alternativ cəzalara üstünlük verilsin. Təəssüf ki, məhkəmələrimiz bu çağırışa hələ də həssas yanaşmırlar və cinayət məsuliyyətinə cəlb olunanların böyük bir hissəsi məhz azadlıqdan məhrum etmə cəzası alırlar. Bu göstəriciyə görə MDB ölkələri arasında ilk yerlərdəyik. Alternativ cəza mexanizmlərinin tətbiq edilməsi dövlətin həm də məhkumlar üçün xərclədiyi böyük miqdarda vəsaiti də azaltmış olar. Bütün hallarda əfv sərəncamının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir və anlamlı humanist bir addımdır".

Fazil Mustafa Şah İsmayıldan nə istəyir? – Tarixçilər QƏZƏBLƏNDİ ...

Elman Nəsirov:  "Bu addımın atılması Azərbayacan dövləti və onun rəhbərinin idarəetmədə şəfqət, humanizm və insanpərvərlik kimi ali dəyərlərə sadiq qaldığının ən böyük göstəricisidir. Prezident İlham Əliyevin imzaladığı əhv sərəncamları ilə 4871 nəfər məhkum azad olunub. Bundan başqa, Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, hələ Milli Məclisin deputatı olarkən 4 dəfə-2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş və nəticədə 40 mindən artıq məhkumun cəzası tam və qismən ləğv edilmişdir. Bütün bunlar bir daha təsdiqləyir ki, insanpərvərlik və humanizm prinsipləri son 27 il ərzində Azərbaycanın dövlət siyasətinin təməl prinsipləri olaraq tətbiq və təşfiq olunmaqdadır".

Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinə son qoydu- Elman ...

Fəzail Ağamalı: "Yaşı 65-dən yuxarı olan məhkumları prezident azad etdi. Əfv olunanlar arasında ömürlük həbs cəzasına məhkum olunan insanlar da var. Bu, təkcə onların sağlamlığının qeydinə qalınması baxımından deyil, bütövlükdə məhkumlara qarş ənənəvi xarakter daşıyan humanist yanaşmanın bir göstəricisidir. Bu sərəncam cəmiyyətdə də yüksək dəyərləndirilməkdədir. Həmin insanlar ailələrinə qovuşdular. Birlikdə pandemiyanın ağır nəticələrindən özlərini sığortalamaq üçün daha əlverişli şərait  əldə etdilər. Bu sərəncam bir daha sübut etdi ki, prezident üçün bütün Azərbaycan vətəndaşları  xüsusi əhəmiyyət kəsb edir və onlara qarşı böyük sevgisi var".  

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi – Foto – Banker.az

Jalə Əhmədova: "Hazırki durumda hər kəsin müsbət bir fikirə, xoş bir xəbərə ehtiyacı var. Prezident İlham Əliyevin xalqın çətin və gərgin  zamanında bu sərəncamı verməsi böyük əhəmiyyətə malikdir. Eyni zamanda yaşı 65-dən yuxarı olan insanların əfv edilməsi daha təqdirəlayiqdir. Onların sağlamlığına nə dərəcədə əhəmiyyət verməsinin bir göstəricisidir. İnsanlarımızın da əfv sərəncam ilə bağlı fikirləri olduqca müsbətdir və bu addımı yüksək qiymətləndirirlər".

Federasiya rəsmisi:

Sevda Ulutau / Redaktor.az