Karantin rejiminin müddəti uzadıla və sərtləşdirilə bilər - SON DƏQİQƏ

 17:51 08.04.2020     1724

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı brifing keçirib.

Redaktor.az xəbər verir ki, hökumət rəsmisi İbrahim Məmmədov qeyd edib ki, karantin rejiminin müddəti uzadıla və məhdudiyyətlər sərtləşdirilə bilər:

“Xüsusi karantin rejiminin müddətinin artırılması vəziyyətdən asılıdır. Yoluxmanın dinamikası və qayda pozuntusu halları bugünkü kimi qalarsa, xüsusi karantin rejiminin müddəti aprelin 20-dən sonra da artırıla və daha da sərtləşdirilə bilər. Vətəndaşlar arasında qaydaları pozanlar çoxdur. Külli miqdarda saxta jurnalist vəsiqələri və icazələrlə dolaşırlar”.

Sevda Ulutau / Redaktoraz