Azərbaycanda həkimlər koronavirusa yoluxub

 18:16 08.04.2020     1268

"Tibb işçiləri arasında koronavirusa yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında baş verən cəmi bir yoluxma halı var. Bu hallar əsasən pandemiya ilə məşğul olmayan tibb müəssisələrində baş verir".

Redaktor.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. 

O bildirib ki, bu cür risklər tibb işçilərini daim gözləyir. Biz riskli halları idarə edirik, yaşlı əməkdaşları daha təhlükəsiz halda işlətməyə çalışırıq. Lazım olan qoruyucu vasitələrlə pandemiya xəstəxanalarımız təmin edilib. Eyni zamanda müalicəvi dərman preparatları ehtiyatımız da kifayət qədərdir.

 

Sevda Ulutau