Kirayədə qalanlardan ev pulu alınmayacaq? - ÇOX VACİB AÇIQLAMA

 19:26 08.04.2020     1011

"Bir çox ev sahibləri vətəndaşlara güzəştlər edirlər. Məbləğin 15, 20 və 30 faizini ödəməyə biləcəklərini bildirirlər. Bəziləri isə hətta bir ay ev pulunu almayacaqlarını da deyirlər. Monitorinqlər zamanı bu cür halların olduğunu da aşkar etmişik".

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Redaktor.az-a açıqlamasında belə deyib. O bildirib ki, hazırki durumda əmlak vergisinin aradan qaldırılması müsbət addım olar:

"Kirayə mənzil verənləri də başa düşmək lazımdır. Çünki onlar güzəştə getsələr belə, əmlak vergisi ödəməlidirlər. Əmlak vergisinin müəyyən aylar üçün ləğv olunması insanlara maddi dəstək olar. Ev sahibləri də bizim vətəndaşlardır və onlar da hansısa xərclərini ödəmək üçün mənzillərini kirayə verirlər. Xərclər ödənilmədikdə, məcburən o vəsaiti kirayə qalanlardan istəməli olurlar".

Fərdi yaşayış evlərinin sənədləşdirilməsi əmlak bazarını canlandıracaq

Ekspert onu da qeyd edib ki, güzəştlərin ediləcəyi halda, heç kəs bundan sui istifadəyə yol verməməlidir:

"Lakin qarşılıqlı güzəştlər olacağı təqdirdə, təbii ki, bu güzəştlər müqabilində ev sahibləri yaranmış vəziyyətdən süni şəkildə istifadə etməməlidirlər. Müəyyən güzəştlərin olunması vacibdir. Sadəcə hansısa dövr üçün vəsaiti almaya bilərlər. Bu zəncirvari olaraq digər sahələrə də təsir göstərir. Amma mövcud dövr üçün əmlak vergisinin ləğvi, vətəndaşlara ən azı 14 faiz güzəştin olunması deməkdir".

Sevda Ulutau / Redaktor.az