Xaricdəki 15 mindən çox vətəndaş ölkəyə gətirilib
"15 mindən çox vətəndaşın çarter reysləri ilə dövlət hesabına ölkəyə gətirilməsi təmin olunub. Lakin 20 aprelə qədər quru və hava yolu ilə ölkəyə girişlər dayandırılıb. Xarici ölkələrdə olan vətəndaşlar yaranmış vəziyyətə görə ölkə sərhəddindən kənarda qalmaq məcburiyyətindədirlər".
Redaktor.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O qeyd edib ki, xaricdə olan vətəndaşlar da dövlətin diqqətindədir:
"Yaranmış vəziyyətlə əlaqədar hər bir vətəndaşı dövlətin fəaliyyətinə dəstək göstərməyə və təmkinli olmağa səsləyirik", -deyə Hikmət Hacıyev qeyd edib.
Sevda Ulutana / Redaktor.az