SON DƏQİQƏ: Bu yüksək vəzifəli şəxs koronavirusa yoluxub

 22:39 08.04.2020     1460

Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub. Bu barədə BUAK "Facebook" səhifəsində məlumat yayıb.

Redaktor.az xəbər verir ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Məlumatda bildirilir ki, Rövşən Tağıyev xəstəxanada koronavirus testindən keçib, testin nəticəsi pozitiv çıxıb.

Bildirilib ki, R.Tağıyevin vəziyyəti ağır deyil. Yoxlanışdan sonra onun evdə və ya xəstəxanada müalicəsini davam etdirəcəyi məlum olacaq. //APA

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev koronavirusa yoluxub