Koronavirusa görə telekanallar həmrəy oldular - VİDEO

 00:48 09.04.2020     677

Koronavirus pandemiyası müxtəlif sosial qruplardan olan insanlar arasında həmrəylik yaradıb.

Redaktor.az xəbər verir ki, bu mənada Azərbaycan da istisna deyil. Azərbaycanda fəaliyyət göstərən telekanallar belə həmrəylik nümunəsi nümayiş etdiriblər. 

Belə ki Azərbaycan Televiziyasının canlı efirində maraqlı telekörpü yaradılıb. Telekörpüyə İctimai Televiziyanın, “Xəzər”, “Real” və “CBC” telekanallarının aparıcıları qoşularaq xüsusi karantin dövründəki fəaliyyətlərindən bəhs ediblər. 

Həmin videoyazını təqdim edirik. //Oxu.az