Bakıda gənc oğlan bıçaqlanıb

 01:15 09.04.2020     609

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Rövşən Novruzov naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. //APA