Soydaşlarımıza yardım kampaniyası keçiriləcək - Gürcüstan

 07:25 09.04.2020     551

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı bu ölkədəki soydaşlarımıza və vətəndaşlarımıza ərzaq yardımı kampaniyası keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyindən  bildiriblər ki, aprelin 9-dan başlayacaq kampaniya Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin dəstəyi ilə reallaşacaq.

Kampaniya çərçivəsində Gürcüstanda yaşayan azərbaycanlılara və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşlarına yardım ediləcək.

Ümumilikdə 1000 ailəyə ərzaq məhsulları təqdim olunacaq.

Qida məhsulları mərhələli şəkildə paytaxt Tbilisi şəhəri ilə yanaşı, azərbaycanlıların sıx yaşadıqları Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə paylanılacaq. //AzərTac