Füzulidə avtomobil aşıb, iki nəfər ölüb

 13:12 09.04.2020     2587

Füzulidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumataa görə, aprelin 8-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Arayatılı kənd sakini Araz Xəlilov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Nəticədə sürücü və həmkəndlisi olan sərnişini Elnur Qasımov hadisə yerində ölüblər.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.