Azərbaycanda ofislərin icarə haqqı bağışlanıla bilər - AÇIQLAMA

 12:17 10.04.2020     664

“Bağlı olduğu müddətdə obyekt sahibləri icarədarlara güzəştə getməyə məcburdurlar. Çünki, obyekt işləmədiyindən sahibkarların da gəlirləri yoxdur. Bu problem tək bizdə deyil, digər ölkələrdə də mövcuddur". 

Bu sözləri Redaktor.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. O, dünya təcrübəsinə əsaslanan tətbiqetmələrin Azərbaycanda da həyata keçirilməsinin vacibliyini vurğulayıb:

"Rusiyanın Baş naziri təklif edib ki, koronavirusun yayılmasına qarşı yönəlmiş tədbirlər icarə müqavilələri üzrə fors-major kimi qəbul edilsin. Avropa ölkələrində də durum maraqlıdır. Məsələn, Almaniyada bir çox iri ticarət obyektləri bağlı olduğu müddətdə icarə haqqını ödəməkdən imtina edirlər. "Adidas" və "H&M" mağazaları icarə haqqı ödəməyəcəklərini bəyan ediblər. Fransa prezidenti bildirib ki, ölkə üzrə icarə haqqlarının ödənişi dayandırılacaq. Azərbaycanda isə icarə ilə bağlı məsələlərdə konktret güzəştlər nəzərdə tutulmayıb. Hesab edirəm ki, Azərbaycanda da “icarə tətili”nin tətbiqinə ehtiyac var".

Sevda Ulutau / Redaktor.az

Fərdi yaşayış evlərinin sənədləşdirilməsi əmlak bazarını canlandıracaq