Bu gün REDAKTOR.AZ-ın 1 yaşı tamam olur - TƏBRİK!

 13:50 10.04.2020     1388

Dəyərli dostlar, 1 il bundan öncə aprelin 10-da canımız Azərbaycanın media dünyasına yeni bir ad, ünvan gəldi - Redaktor.az

Keçən bu qısa zaman kəsiyində operativ xəbərləri, maraqlı araşdırmaları və ekskluziv müsahibələri ilə  böyük media aləmində saytımız oxucuların sevgisini qazanaraq öz adını və ünvanını təsdiq etdi. 

Saytın tanınmasında, onun oxunaqlı media orqanı kimi formalaşmasında və geniş oxucu  auditoriyası qazanmasında bizə göstərdiyi dəstəyə görə yaxın dostlarımıza, bizimlə əməkdaşlıq edən şirkətlərin rəhbərlərinə və kollektivlərinə, sorğularımızı hər zaman operativ cavablandıran dövlət qurumlarının mətbuat xidmətlərinə, saytımızda bir gün də olsa işləmiş dəyərli jurnalist  həmkarlarımıza öz minnətdarlığımı bildirirəm. 

Mən bir təsisçi olaraq bu yubiley günündə onların hər birinin qarşısında baş əyərək, öz təbrikimi çatdırıram. 

Saytın yaranmasının ideya müəllifi tanınmış jurnalist Bahadur Seyidov (Bahadur Hoca), ilk baş redaktorumuz tanınmış telejurnalist Eldəniz Vəliyev, jurnalistlər Xəyalə Məmmədova, Sərdar Məmmədov, Anar Türkeş, Firuzə Vahid, Gülşən Şərif, Sevda Bayramova, Rüfət Xəlilov, Müzəffər İsmayılov, Cavanşir Hüseynov, Gülnar Süleymanova, Orxan İsmayıl, Sevda Ulutau, Günsoy Abbas, Çinarə Abdullayevaya, Redaktor.az-ın rəsmi qeydiyyatı zamanı sənədləşmə işinə göstərdiyi dəstəyə görə Ülviyyə Niftəliyevaya, saytın maliyyə yükünü çiyinlərində daşıyan icraçı direktorumuz  Rasim Heydərova xüsusi təşəkkür edirəm. 

Başqa bir təşəkkür isə köşə yazıları ilə saytımızı rəngarəng edən tanınmış yazarlar İlham Tumasa,  Mintac Elsevərə, Ayşə Kərimovaya, İlqar Rəsula düşür. 

Redaktor.az saytı gənc jurnalist Oral Mədənçinin baş redaktorluğu ilə bundan sonra da oxucularımızı 24 saat xəbərlə təmin etməyə davam edəcək. 

Var olun, dostlar! Bir daha hamınızı təbrik edirəm!

Təsisiçi SEYMUR ŞEYDAYEV