Bakıda evdə meyit tapılıb - FHN

 14:56 10.04.2020     292

Bakıda evdə qadın meyiti tapılıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Nəbiyeva Yavər Böyükağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.