Bu gün inşaatçıların peşə bayramıdır - “İnşaatçılar günü”

 15:28 10.04.2020     585

Bu gün inşaatçıların peşə bayramıdır. 

Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur. Bu, həm də inşaat sahəsində çalışanların əməyinə dövlətimizin verdiyi böyük dəyərdir.

Azərbaycan inşaatı və memarlığı qədim tarixi ənənələrə malikdir. Memarlıq abidələrimiz tariximizin bir hissəsi kimi, həmçinin xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olaraq UNESCO-nun ümumdünya irsi siyahısına daxil olunub. Bu, eyni zamanda, Azərbaycanın dünya mədəni irsinə verdiyi əhəmiyyətli töhfədir. 

Hər il ölkədə tikinti, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, yüngül sənaye və digər sahələrdə onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri istifadəyə verilir. 

Redaktor.az saytı başda "Oğuz-K" MMC tikinti şirkəti olmaqla Azərbaycanın bütün inşaatçılarını təbrik edir.