Karantin Avropada və bizdə: eyni dərd, fərqli münasibət - VİDEO

 15:36 11.04.2020     1783

Koronavirus pandemiyası ilə hələlik məlum olan ən effektiv mübarizə təcrid olunmadır.

Bütün dünyada aparılan “Evdə qal” kampaniyası məhz bunu təbliğ etmək üçündür. Pandemiyanın acı nəticəsini yaşayan Avropa insanı çıxış yolunu evdə qalmaqda, mümkün qədər özünü cəmiyyətdən təcrid etməkdə görür, lakin təəssüf ki, ölkəmizdə vəziyyət bir qədər fərqlidir. İnsanlarımız ciddi qadağalara baxmayaraq, hər fürsətdə onu pozmağa çalışır, özlərini və ətrafdakılarını riskə atırlar.

Bu, AzTV-nin hazırladığı kadrlardan da görünür. Həmin görüntüləri təqdim edirik: