Bərdədə hər gün dəfnə gedən Ramil saxlanıldı

 16:23 11.04.2020     3287

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN-nin Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən Bərdə rayon sakini Ramil Mehdiyevin tətbiq edilən karantin qaydalarından sui-istifadə edərək çölə çıxdığı müəyyənləşib. 

R. Mehdiyev iki gün ərzində “8103” qısa nömrəsinə mesaj göndərərək dəfn mərasimində iştirak etmək məqsədi ilə icazə alıb. Lakin sonuncu dəfə eyni məqsədlə icazə alarkən ona bu barədə rədd mesajı gəlib. Rədd mesajına baxmayaraq, bu dəfə onun “8103” xidmətinin birinci bəndinə uyğun icazə alaraq evdən çıxdığı müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.