Bakıda motosiklet qaçıran şəxs qəzaya uğrayıb

 01:54 12.04.2020     1030

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində 24 yaşlı İsrafilov Ceyhun Rafiq oğlu iaşə obyektinə məxsus motosikleti qaçırarkən qəzaya uğrayıb.

C. İsrafilov sağ dirsək sümüyünün sınığı və qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. //APA