Karantin rejimini pozan 1818 nəfər cərimələnib - Ötən gün

 14:59 21.04.2020     1162

Ötən gün respublika yollarında xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Redaktor.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 20.04.2020-ci il saat 00:00-dan 21.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.