COVİD-19-a yoluxan Mirvari Fətəliyeva sağalıb

 21:00 21.04.2020     1657

COVİD-19 virusuna yoluxan Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva sağalıb.

Redaktor.az xəbər verir ki, bu barədə M.Fətəliyeva Feysbuk səhifəsində bildirib:

"Bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim.

Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi  bütün dava-dərmanlardan güclü oldu.

Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühüm olduğunu bir daha anladım.

Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.

Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq".

Qeyd edək ki, Mirvari Fətəliyeva koronavirusa Parisdə yoluxmuşdu. //Axşam.az