TƏBİB valideynlərə müraciət edib

 09:52 24.04.2020     490

Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. 

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-in valideynlərə immunlaşdırma həftəsində etdiyi müraciətdə bildirilib. 

"Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər", - müraciətdə bildirilib. 

Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.