İki körpə uşağın valideynləri koronavirusdan ölüb - Rusiya

 11:31 24.04.2020     1192

Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram"da canlı yayımında deyib.

İfaçı lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.

Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir.