Bu xəstəxanalar qısa müddətdə açılacaq - TƏBİB

 22:59 24.04.2020     723

Azərbaycanda koronavirusa görə hər milyon nəfərə düşən testlərin sayı 1064-dür və bu da dünya üzrə yüksək göstəricilərdəndir.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, ölkəmizdə koronavirus xəstəliyinin aşkarlanması üçün bütün imkanlar var. Yüksək keyfiyyətli reaktivlərdən istifadə edilir.

TƏBİB-in İdarə Heyətinin sədri bildirib ki, vətəndaşların dəstəyi çox önəmlidir. Çağrı mərkəzində könüllülər çalışmağa başlayıblar. Çağrı mərkəzlərinin əsas fəaliyyəti koronavirusla bağlı məlumatların verilməsi, psixoloji dəstəyin göstərilməsidir.

R.Bayramlı diqqətə çatdırıb ki, çarpayı fondunun genişləndirilməsi üçün 10 modul tipli xəstəxananın tikilməsinə başlanılıb. Bu xəstəxanalar qısa müddətdə açılacaq və həkimlərimiz təlimdən keçərək orada fəaliyyətə başlayacaqlar.