Karantin rejimini pozan Bakı sakininin evində qumarxana aşkarlandı

 09:55 29.04.2020     981

Bakıda evində qumarxana təşkil edən şəxs saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə.Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T. Rüstəmovun evində qumarxana aşkarlanıb. T.Rüstəmov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. //Trend.az