Bakıda binadan velosiped oğurlanıb - ANBAAN VİDEO

Bakının Yasamal rayonunda velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, aprelin 10-da paytaxtın Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən binalardan birinin blokundan sakinlərdən birinə məxsus velosipedin oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət daxil olub.
Müraciət əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat axtarış tədbirləri həyata keçirilib. //Oxu.az