Qəbələdə dezinfeksiya işləri aparılıb - FOTOLAR

 14:59 01.05.2020     1043

Koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan mübarizə tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən tərtib edilən qrafikə əsasən, Qəbələ şəhərinin küçə və prospektlərində, səki və meydanlarında, yaşayış binalarında və həmin binaların ətrafında, park və xiyabanlarında pandemiyaya qarşı gündəlik olaraq sanitar-profilaktik və dezinfeksiya işləri həyata keçirilir.

Redaktor.az-ın xəbərinə görə, karantin rejimi ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən aztəminatlı ailələrə və  tənha yaşayan yaşlı insanlara da ərzaq yardımları göstərilir. 

Eləcə də əhalinin maarifləndirilməsi ilə bağlı sakinlərə şəxsi gigiyena qaydalarını gözləmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara riayət etmək tövsiyə olunur.  //APA

22222